Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev "Azerreyl" klubunun baş məşqçisi təyin olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə funksioner voleybol üzrə ölkə çempionatlarının açılış mərasimində açıqlama verib.
62 yaşlı mütəxəssis bundan sonra sözügedən kluba rəhbərlik edəcəyini bildirib: "Bu komanda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. "Azerreyl" bir markadır. Cavid Qurbanovla bu məsələni müzakirə etdik. Komandanın bünövrəsi qurulur. Klubun avrokuboklarda oynamasını istəyirik".