
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.
Sportnet.az xəbər verir ki, II tura təsadüf edən günün yeganə matçında MOİK "Murov"la üz-üzə gəlib.
Qarşılaşma "Murov"un 3:1 (22:25, 21:25, 29:27, 12:25) hesablı qələbəsi ilə yekunlaşıb. I, II və IV setdə "Murov" üstün olubsa, III setdə ordu klubu qələbə qazanıb.
Turun ötən gün baş tutan görüşündə “Ekspress” “Sərhədçi”ni 3:0 hesabı ilə yenib.
Qeyd edək ki, hazırda “Exspress”, MOİK və "Murov"un 3 xalı var, "Neftçi" və "Sərhədçi"nin isə xalı yoxdur.