5 mart Bədən tərbiyəsi və İdman gününün 10 illiyi münasibəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) tədbir keçirib. məlumatına görə, AVF-in Regional İnkişaf Mərkəzinin İdman zalında keçirilən tədbirdə federasiyanın baş katibi Elşən İsmayılov çıxış edib.
Qonaqları və idmançıları bayram münasibəti ilə təbrik edən federasiya rəsmisi Bakıda keçiriləcək I Avropa Oyunlarından da danışıb. Oyunların idmançılar üçün bayram olduğunu bildirən E.İsmayılov hər bir idmançının medal qazanmaq üçün əlindən gələni etməli olduğunu deyib.
Daha sonar gənc gimnastların maraqlı çıxışı olub və "Azərreyl", "Azəryol" və "Lokomotiv" klublarının yeniyetmələri arasında estafetlər keçirilib.
Sonda isə voleybol üzrə kişilərdən ibarət milli yığma komandanın üzvləri öz aralarında yoldaşlıq görüşü keçirib. Oyunda heç bir qayda olmadığından, ilk dəfə olaraq voleybolsevərlər qaydasız voleybol seyr ediblər.