Bu il kişi voleybolçular arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FIVB) verib.
FIVB Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu addımı atıb.
Turnir 26 avqust - 11 sentyabrda təşkil olunacaq. Yeni ev sahibinin adı daha sonra açıqlanacaq.