18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında bu gün sonuncu oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, yığma bürünc medal uğrunda matçda Lüksemburq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə Cəbəllütariqə 115:60, üçüncü matçında Ermənistana 76:65, dördüncü qarşılaşmasında Moldovaya 75:66 hesabı ilə qalib gəlib. Yığma yarımfinalda isə Albaniyaya uduzub - 56:76.