Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu qələbə ilə başa vurub.
Sportnet.az-ın xəbərinə görə, yığma komanda Avstriya ilə 4-cü setdə də qələbə qazanıb – 25:15.
Beləliklə, Azərbaycan millisi Avstriyaya 3:1 (25:14, 25:20, 23:25, 25:15) hesabı ilə qalib gəlib.
Bununla da Azərbaycan millisi ardıcıl 10-cu dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.
---------------------------
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirir.
Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmada rəqib Avstriya yığmasıdır. Eldar Yusubovun baş məşqçi olduğu kollektiv 3 setdən sonra hesabda öndədir - 2:1 (25:14, 25:20, 23:25)
Hazırda 9 xalı olan yığma bu görüşdə 2:3 hesabı ilə uduzsa belə, xalını 10-a çatdıracaq və qrupu 2-ci sırada tamamlayacaq. Bu isə o deməkdir ki, milli komanda artıq final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.
----------------------------------------
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmada rəqib Avstriya yığması olacaq. Səfər görüşü Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.
Hazırda 9 xalla D qrupunda 2-ci pillədə yer alan yığma final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalı, ən pis halda 2:3 hesabı ilə uduzmalıdır. Avstriya seçməsi Azərbaycandan 2 xal geri qalır.
Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsinə yüksələcək. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.