
Voleybolçu qadınlar arasında Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Azəryol" və "Azərreyl" bürünc medal uğrunda görüşdə üz-üzə gəliblər. 
Qarşılaşma "Azəryol"un qələbəsi ilə yekunlaşıb - 3:0 (25:22, 25:10, 25:16). 
Qızıl medal uğrunda görüşdə isə "Rabitə" "Lokomotiv"i yenib - 3:1 (25:27, 25:21, 25:21, 25:19). 
Cavab görüşləri aprelin 12-də olacaq.  









                 





    
    
    
    
    
    
    
    
    






















































