
Azərbaycan Basketbol Liqasında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. Hər iki görüş Sərhədçi İdman Mərkəzində baş tutub.
Turun açılış oyununda "Sabah BK" "Neftçi İK"ya 70:65 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar oyunçuları "Sabah"dan Kamran Məmmədov (16 xal) və "Neftçi İK"dan Mohsen Moradxani (12 xal, 8 ribaund) olub.
Günün ikinci matçında "Gəncə BK" "AAAF Xırdalan BK"nı 94-84 hesabı ilə məğlub edərək, 6 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ən məhsuldar basketbolçular qalib komandadan Cəbrayıl Əkbərov (33 xal, 5 ribaund) və Xırdalan təmsilçisindən Deymon Makdouel (35 xal, 8 ribaund) olub.
Qeyd edək ki, turun digər iki görüşü oktyabrın 29-da keçiriləcək. "NTD BK" "Zirvə Astara BK" ilə, "Olimpik Şəki BK" isə "Sərhədçi PİK" ilə qarşılaşacaq.