Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, mübarizəyə I raunddan başlayan Çingiz Əzimovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığmasının qonağı olub.
Paredes şəhərinin "Multiusos de Paredes" arenasında oynanılan görüş rəqibin 32:19 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında ikinci oyun noyabrın 5-də eyni arenada olacaq.