İyulun 15-də Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə jurnalistlər arasında Zəfər Kuboku start götürəcək.
Sportnet.az xəbər verir ki, iki gün davam edəcək yarışda 8 komanda mübarizə aparacaq. Media nümayəndələri işğaldan azad olunmuş Azərbaycan ərazilərinin adlarına uyğun olaraq, "Şuşa", "Kəlbəcər", "Zəngilan", "Suqovuşan", "Xankəndi" və "Füzuli" adları ilə çıxış edəcəklər.
Komandalar iyulun 7-də atılmış püşk nəticəsində 2 qrupa bölünüblər:
A qrupu: "Füzuli", "Suqovuşan", "Xankəndi"
B qrupu: "Şuşa", "Kəlbəcər", "Zəngilan"
Zəfər Kubokunun proqramı:
15 İYUL
11:00. "Şuşa" - "Kəlbəcər"
12:00. "Şuşa" - "Zəngilan"
13:00. NAHAR FASİLƏSİ
14:00. "Füzuli" - "Suqovuşan"
15:00. AÇILIŞ MƏRASİMİ
16:00. "Suqovuşan" - "Xankəndi"
17:00. "Kəlbəcər" - "Zəngilan"
18:00. "Füzuli" - "Xankəndi"
16 İYUL
Yarımfinallar
10:00. A qrupunun qalibi - B qrupunun ikincisi
11:00. A qrupunun ikincisi - B qrupunun qalibi
12:00. 3-cü yer uğrunda görüş
13:00. FİNAL
14:00. BAĞLANIŞ MƏRASİMİ
Qeyd edək ki, Zəfər Kubokunun təşkilatçısı İdman Araşdırmalar Mərkəzi, baş sponsoru "Avrora Qrup", dəstəkçiləri Azərbaycan Voleybol Federasiyası, Qusar Olimpiya İdman Kompleksi və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyidir. Əvvəlki analoji yarışlar Bakıda təşkil olunub. Qalib adını isə "Zəngilan" və "Şuşa" komandaları qazanıb.