Bu həftə Azərbaycan Basketbol Liqasında II dövrəyə start veriləcək.
Sportnet.az xəbər verir ki, arxada qalan I dövrənin 45 oyununda ümumilikdə 7768 xal toplanılıb.
Orta hesabla hər qarşılaşmada komandalar üst-üstə 172,6 xallıq atış gerçəkləşdirib. Buna 122 fərqli basketbolçu nail olub.
Çempionatın ən məhsuldar oyunçusu Jakori Arçidir. “Xırdalan”ın lideri 207 xal toplayıb. Onun kimi liderdən bir xal geri qalan Tomas Kobi də “200” səddini arxada qoyub.
Çempionatın lideri “Sabah”ın heç bir basketbolçusu 10 ən məhsuldar oyunçu sırasına düşməyib. Əvəzində "Xırdalan”ın üç üzvü “Top-10”da yer alıb. Liqanın I dövrəsində yalnız 8 basketbolçu 150 və daha çox xal toplamağı bacarıb.
Azərbaycan Basketbol Liqasının 10 ən məhsuldar oyunçusu
1. Jakori Arçi (“Xirdalan”) - 207
2. Tomas Kobi (“Cəlilabad”) – 206
3. Paul Dibal (“Şəki”) – 183
4. Smit Roderik (“Sumqayıt”) – 182
5. Jül Mur (“Gəncə”) – 178
6. Breyk Tarojae (“Neftçi”) – 175
7. Carred Small (“NTD-İndiqo”) – 168
8. Cekson Reyd (“Sərhədçi”) – 157
9. Xavyer Brever (“Xırdalan”) – 149
10. Cesse Gi (“Xırdalan”) - 145