
"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.
Sportnet.az xəbər verir ki, günün ilk matçı "Xırdalan" və "Sumqayıt" komandaları arasında baş tutub. Görüş "Xırdalan" klubunun 89:83 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Teyvion Körk (20 xal, 5 ribaund), "Sumqayıt"dan isə Nəzər Quliyev (21 xal, 8 ribaund) olublar.
Günün ikinci oyununda qrup liderliyi uğrunda "Neftçi" və "Xəzri" klubları üz-üzə gəliblər. Bu görüşdə "Neftçi" 80:67 hesablı qələbə qazanaraq, A qrupunu lider tamamlayıb.
Ən məhsuldar basketbolçular "Neftçi"dən Kamran Məmmədov (26 xal, 4 ribaund), "Xəzri"dən Oubri Makalpayn (26 xal, 5 ribaund) olub.
Qeyd edək ki, B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İndiqo" oyunundan sonra aydınlıq gələcək