Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın ilk rəqibi Çili seçməsi olub. Görüş komandamızın 17:14 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi aprelin 13-də isə Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmanın heyətində Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker yer alırlar.
--------------------------------
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində ilk oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çili ilə üz-üzə gələcək.
B qrupu çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Hollandiya yığmaları ilə münasibətləri aydınlaşdıracaq.