Sloveniyanın Moribor şəhərində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Sloveniya yığması ilə qarşılaşıb.
İlk iki seti meydan sahibləri qazansa da, matç heç-heçə yekunlaşıb - 2:2 (23:25, 26:28, 25:20, 25:13).
Qeyd edək ki, Azərbaycan millisi 22 sentyabr - 1 oktyabrda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə ölkə xaricində hazırlıq keçir.






































































