Braziliyanın "Moji-Mirin"in yarımmüdafiəçisi Rivaldo futbola qayıdışını qolla qeyd edib. Sportnet.az-ın məlumatına görə, 43 yaşlı oyunçu-klub prezidenti Braziliya B seriyasında "Makae"yə qarşı oyunda (3:1) penaltini dəqiq yerinə yetirib.
Komandanın digər qollarına isə onun 20 yaşlı oğlu Rivaldinyo vurub. Bu Rivaldonun futbol qayıdışından sonra oğlu ilə birgə ilk matçı olub.