Türkiyənin İstanbul şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi 7 medal qazanıb.
İkinci yarış günündə yığmanın daha 4 üzvü fəxri kürsüyə qalxıb. Ramazan Əhmədov (+100 kq) gümüş, Aslan Kotsoyev (90 kq), Aysun Məmmədova (52 kq) və Xədicə Qədəşova (57 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, Avropa Kubokunun ilk günündə Nihad Məmişov (66 kq) bütün rəqiblərini məğlub edərək qızıl, Ayxan Mirzəzadə (60 kq) və Sadiq İsgəndərli (66 kq) isə bürünc medala yiyələnib. Bununla da ölkə cüdoçuları yarışı 1 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub.
Azərbaycan millisi ümumi komanda hesabında 27 ölkə arasında 5-ci, kişilərin yarışında 3-cü, qadınların mübarizəsində 6-cı yeri tutub.













































































