
"Qəbələ"nin futbolçusu Ermin Zets Bosniya və Herseqovinanın milli komandasının heyətində növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, AVRO-2016-nın seçmə qrup mərhələsinin VIII turunda rəqib Andorra yığması olub.
14
Görüş bosniyalıların qələbəsi ilə yekunlaşıb - 3:0. Meydan sahiblərinin qollarını Ermin Biçakçiç (dəq. 14), Edin Dzeko (dəq. 30) və Senad Luliç (dəq. 45) vurub. 90 dəqiqə meydanda olan Zets 2 nömrəli forma ilə mübarizə aparıb və ilk qolun ötürməsini verib.
Bu qələbə sayəsində Bosniya və Herseqovina millisi B qrupunda xallarını 11-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. Hazırda Ermin Zetsin komandası ilk 2 pilləyə nəzəri iddiasını davam etdirir.