Bakı "İnter"inin futbolçusu Zurab Xizanişvili Gürcüstan millisinin heyətində AVRO-2016-nın seçmə qrup matçında iştirak edib. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi İrlandiya ilə səfər qarşılaşmasında start heyətdə yer alıb.
O, 81-ci dəqiqəyədək meydanda olub. "İnter"in sabiq futbolçuları Aleksandr Amisulaşvili və Georgi Navalovski isə matçı əvəzlənmədən keçiriblər. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 69-cu dəqiqədə Con Uolters vurub.
Qeyd edək ki, bu, Kaxaber Tsxadadzenin komandasının D qrupunda 6-cı məğlubiyyəti olub. Hazırda Gürcüstan millisi 6 xalla 5-ci pillədə qərarlaşıb.