Azərbaycan Premyer Liqasında VII turun qarşılaşmasında "İnter"in qapısına təyin olunmuş şübhəli penalti və "Qarabağ"ın futbolçu Elvin Məmmədovun zərbəni qəsdən kənara vurması epizodu Sportnet.az-ın hazırladığı video vasitəsilə ölkə xaricində də yayılıb.
Rusiyanın Sports.ru və Ukraynanın Tribuna.ua nəşrləri həmin görüntüləri paylaşaraq, Məmmədova baş məşqçi Qurban Qurbanov tərəfindən penaltini qəsdən dəqiq yerinə yetirməməsi üçün göstərişin verildiyini yazıblar.

Xəbərlərdə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun bu hərəkətə təqdiredici reaksiyası da əksini tapıb.
Qeyd edək ki, Sportnet.az-ın hazırladığı videoya YouTube sosial şəbəkəsində baxış sayı artıq 27500-ü keçib.