1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şimali İrlandiya millisindən tarixi nailiyyət
Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinə daha 2 vəsiqənin sahibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Portuqaliya və Şimali İrlandiya yığmaları öz qruplarının hazırkı lideri kimi bu vəsiqələrə sahib olublar.
İ qrupunda yer alan Kriştianu Ronaldunun komandası Danimarka üzərində minimal hesablı qələbə sayəsində istəyinə çatıb. Hazırda iki ölkə yığması arasında xal fərqi 6-dır. Şimali İrlandiya isə tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Britaniyalılar 2004-cü ilin qitə çempionu, hazırda çətin günlərini yaşayan Yunanıstanı 3:1 hesabı ilə yenərək, xallarını 20-yə, 3-cü pillədə gedən Macarıstanla xal fərqini isə 4-ə çatdırıblar.
Beləliklə, VIII turun ilk oyun günündən sonra final mərhələsinə vəsiqələrin sayı 7-yə çatıb. Daha öncə təşkilatçı Fransadan əlavə, Çexiya, İslandiya, İngiltərə və Avstriya da AVRO-2016-da iştirak hüququna yiyələnib. Final mərhələsi ilk dəfə 24 ölkənin iştirakı ilə təşkil olunacaq.