1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı "İnter"inin futbolçuları Almaniyaya əngəl ola bilmədi
Almaniya milli komandası AVRO-2016-nın final mərhələsinə Gürcüstan yığması üzərində qələbə sayəsində yüksəlib. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərindən 60-cı dəqiqədə penalti ilə Tomas Müller, 79-cu dəqiqədə isə Maks Kruze fərqlənib - 2:1.
Qonaqların yeganə qolunu isə 64-cü dəqiqədə Jaba Kankava vurub. Qonşu ölkə yığmasının baş məşqçisi Kaxaber Tsxadadze start heyətində Bakı "İnter"indən çağırdığı Nika Kvekveskiriyə yer verib. 23 yaşlı yarımmüdafiəçi 78-ci dəqiqədə həmklubu Zurab Xizanişvili ilə əvəzlənib. Bundan başqa Gürcüstan millisində müxtəlif vaxtlarda "İnter"də çıxış etmiş Aleksandr Amisulaşvili və Georgi Navalovski 90 dəqiqə. "Qarabağ"ın sabiq hücumçusu Nikoloz Gelaşvili ikinci hissədən etibarən forma geyinib.