
Estoniya milli komandası AVRO-2016-nın "pley-off" mərhələsinə vəsiqə qazana bilməyib. Sportnet.az-ın məlumatına görə, Baltikyanı ölkə yığması İsveçrə ilə ev oyununda minimal hesabla uduzub.
Yeganə qolu uzatma dəqiqələrində Raqnar Klavan öz qapısına vurub. Bununla da Estoniya 10 xalla E qrupunda 4-cü yeri tutub.
Bu matçda meydan sahiblərinin heyətində "Qəbələ"dən çağırılmış Sergey Zenyov da çıxış edib. O, 61-ci dəqiqədə yerini Ats Puryeyə verib.