1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" ilə "Qarabağ"ın rəqibləri uduzmadı
"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibləri "Borussiya" (Dortmund) ilə "Monako" Almaniya və Fransa çempionatlarında növbəti oyunlarını keçirib. Sportnet.az-ın məlumatına görə, "Borussiya" Bundesliqada IX turun açılış matçında "Maynts"ın qonağı olub.
Görüş Dortmund komandasının qələbəsi ilə yekunlaşıb. 18-ci dəqiqədə hesabı açan Marko Röys 47-ci dəqiqədə penaltidən yararlana bilməyib. Lakin 82-ci dəqiqədə Henrik Mxitaryan ikinci qolu vurmağa müvəffəq olub. Bu qələbə sayəsində "Borussiya" xallarını 20-yə çatdıraraq, 2-ci yerdə möhkəmlənib.
"knyazlıq klubu" isə Liqa 1-in X turunda "Lion"u qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 39-cu dəqiqədə meydan sahiblərindən Mario Paşaliç hesabı açıb. 66-cı dəqiqədə Uollas qırmızı vərəqə alaraq, "Monako"nu azlıqda qoyub. Say üstünlüyündən yararlanan "Lion" 84-cü dəqiqədə Rafaelin qolu ilə bərabərliyi təmin edib. Bununla da "Qarabağ"ın rəqibi 14 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, "Monako" - "Qarabağ" və "Qəbələ" - "Borussiya" matçları oktyabrın 22-də keçiriləcək.