
Avropa Liqasının qrup mərhələsində Rusiya "Lokomotiv"i ilə Türkiyə "Beşiktaş"ı arasında keçirilmiş III turun oyunu zamanı meydana azarkeş girib. Sportnet.az-ın məlumatına görə, Moskva komandasının fanatı qolu futbolçularla birgə qeyd edib.
Sonra isə o, tribunaya qayıdıb.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

