"Karşıyaka" komandası Türkiyə çempionatının I Liqasında IX turun oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, İzmir komandası "Elazığspor"u qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Necati Atəş (dəq. 26) və Gökhan Ünal (dəq. 90) vurub. "Karşıyaka"nın start heyətində meydana çıxan Azərbaycan milli komandasının qolkiperi Kamran Ağayev uzun aradan sonra qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, bu qələbədən sonra "Karşıyaka" xallarını 9-a çatdıraraq, 14-cü pilləyə yüksəlib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |