1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran"ın sabiq futbolçusu dava saldı - VİDEO
Türkiyənin 4 böyük klubunun veteran futbolçuları arasında keçirilən turnirdə dava düşüb. Sportnet.az-ın məlumatına görə, "Beşiktaş" - "Fənərbağça" matçında Ahmet Dursunla Ali Güneş dalaşıb.
İnsident epizodların birində hücuma keçən rəqibini Günəşin kobud hərəkətlə yerə yıxması üzündən yaşanıb. Buna kəskin etiraz edən Dursun "Fənərbağça"lı futbolçunun boğazından tutaraq itələyib. Bir-biriləri ilə əlbəyaxa olan futbolçuları komanda yoldaşları ayırıb. Sonradan Ali və Ahmet kameralar qarşısına keçərək, aralarında problemin qalmadığını bildiriblər.
Dursun gərginliyin baş verdiyi epizodda özünü qəbahətli sayıb: "Bu, matçın adrenalini ilə baş verdi. 17 illik karyeramda belə bir olay yaşamamışdım. Günahın böyüyü məndədir. Ali Günəşdən üzr istədim".
Qeyd edək ki, Ahmet Dursun karyerası ərzində "Beşiktaş"dan əlavə bir çox klubda, o cümlədən, 2009-cu il fevralın 2-dən iyunun 30-dək "Xəzər Lənkəran”da çıxış edib.