
"Neftçi"nin icarə əsasında "Elazığspor"da çıxış edən futbolçusu Cavid İmamverdiyev Türkiyə I Liqasının IV turunda qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, İmamverdiyev "Elazığspor"la ev oyununda 3:0 hesabı ilə qalib gələn komandasının ilk qolunu vurub.
Meydana start heyətində çıxan 24 yaşlı hücumçu 7-ci dəqiqədə Mehmet Çakırın qapıya doğru gedən zərbəsinə toxunaraq, qolu öz ayağına yazdırıb. Lakin o da komanda yoldaşına borclu qalmayıb və 45-ci dəqiqədə fərqlənən Çakıra məhsuldar ötürmə verib. Matçda son nöqtəni də 74-cü dəqiqədə elə bu futbolçu uzaqdan zərbə ilə qoyub. İmamverdiyev oyunu əvəzlənmədən keçirib.
Bununla da ilk qələbəsini qazanan "Elazığspor" 4 oyundan 4 xalla 11-ci pilləyə yüksəlib.