Di Lorio cərimə zərbəsi təyin etmək istərkən, futbolçulardan biri onu eşitməyib və oyuna davam edib. Bu zaman həmin oyunçunun zərbəsi birbaşa referinin sifətinə tuş gəlib. Baş hakim oyuna davam edə bilmədiyindən, ehtiyat hakimlə əvəzlənib. Ehtiyat tədbiri kimi onu xəstəxanaya çatdırıblar. Lakin tibbi müayinə ciddi zədə aşkarlamayıb.
Qeyd edək ki, Salomeya Di Lorio hakimlikdən əlavə vəkildir. 34 yaşlı referi 2009-cu ildə qadınlar arasında Libertadores Kubokunun finalını idarə edib. Di Lorio 2012-ci il London Yay Olimpiya Oyunlarında qadın futbolu yarışlarını idarə edib.