Futbol tarixininən sürətli het-triki
qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu İspaniya Kubokunun 1/16 final mərhələsinin
"Sevilya” – "Sabadel” qarşılaşmasında baş verib.
"Sevilya”
klubunun hücumçusu Yaqo Aspas 4 dəqiqə ərzində üç qol vuraraq dünyanın ən tez
het-trikini rəsmiləşdirib. Aspas 58, 60 və 62-ci dəqiqələrdə fərqlənib.
İndiyə kimi bu rekord "Liverpul”un futbolçusu Robbi
Faulerə məxsus idi. O, 1994-cü ildə "Arsenal”la oyunda 4 dəqiqə 33 saniyəyə
het-trik etmişdir.