
Azərbaycanın kontinental "Synergy Baku" velosiped komandası Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşünün komanda hesabında qalibi olub. Sportnet.az-ın məlumatına görə, bu gün keçirilən 6-cı mərhələnin yekununda da təmsilçimiz birinciliyi əldən verməyib.
68 saat 55 dəqiqə 59 saniyə nəticə göstərən "Synergy Baku" 21 iştirakçı komanda, o cümlədən, 5 Pro Tour komandası arasında ən güclüsü olub. Komanda üzvü Matiya Kvasina isə yarışın ən qiymətli maykası olan "Lider Köynəyi"ni qazanıb.
Qeyd edək ki, "Synergy Baky" 4 - 8 mayda keçiriləcək "Tour d Azerbaidjan"da da çıxış edəcək.