Sloveniyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız yenidən sloveniyalı həmyaşıdları ilə qarşılaşıb.
Matç millimizin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla da Yaşar Vahavzadənin yetirmələri Sloveniya ilə ilk oyundakı məğlubiyyətin (1:4) əvəzini çııxb. 
31 may 
Yoldaşlıq oyunu 
18:00. Azərbaycan - Sloveniya - 2:1
Qollar: Mahir Mədətov, 11. Elşən Abdullayev, 45 - Leo Stulaç, 23









                 





    
    
    
    
    
    
    
    
    

























































