
Adil Şükürov "Kəpəz"in baş məşqçi postundan istefa verib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu qərarı səfərdə "Kəpəz"ə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra verib.
O, klub rəhbərliyi ilə görüşərək halallaşacağını bildirib.
Yaxın vaxtlarda "Kəpəz"in açıqlaması gözlənilir.
Şükürov mətbuat konfransını tərk edərkən, jurnalistlərin hamısı ilə səmimi görüşərək, sağollaşıb.