
Azərbaycan Qran Prisi Formula 1 təqvimində daha 4 il qalacaq.
Formula 1-in mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bununla əlaqədar 2030-cu ilədək yeni müqavilə bağlanılıb.
Azərbaycanda ilk dəfə bu yarış 2016-cı ildə Avropa Qran Prisi kimi təşkil olunub. 2017-ci ildən isə Bakı mərhələsinə Azərbaycan Qran Prisi adı verilib.
2024-cü il yürüşlərini 70-dən çox ölkənin azarkeşləri canlı, 66 milyon insan televiziya vasitəsilə izləyib.
Azərbaycan Qran Prisində indiyədək 8 qalibdən yalnız 1-i - meksikalı Serxio Peres 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daha 3 qalib isə hazırda da çıxışlarını davam etdirir. Lüis Hemilton, Maks Ferstappen və Oskar Piastri 21 sentyabrda keçiriləcək Azərbaycan Qran Prisində də mübarizə aparacaq.