Fransanın "Monako" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun "Brügge"yə qarşı səfər oyunu üçün Belçikaya vaxtında uça bilməyib.
Sportnet.az-ın məlumatına görə, "knyazlıq klubu" səfərə çıxmağa hazırlaşarkən, təyyarənin kondisionerində problem yaranıb.
Nəticədə nümayəndə heyəti Nitsa hava limanında ləngiməli olub.
Təyyarədə kondisionerin işləməməsi içəridə istiliyin yaranmasına gətirib çıxarıb. Oyunçular alt paltarınadək soyunublar. Onların arasında Ansu Fati, Erik Dayer və Takumi Minamino kimi ulduz futbolçular da olub. Görüntülər sosial şəbəkələrdə də yayılıb.
"Monako" yalnız oyun günü yerli vaxtla saat 11:00-da Belçikaya uça biləcək. Səfərin vaxtında baş tutmaması ilə əlaqədar "Monako"nun oyunöncəsi mətbuat konfransı ləğv edilib.
Xatırladaq ki, bu gün keçiriləcək "Brügge" - "Monako" matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
AS MONACO
— LIGUE 1 | ON AIR (@JetsLigue1) September 17, 2025
L’avion ne peut pas DÉCOLLER pour un probleme d’air conditionné !
Les joueurs sont descendus en CALEÇON sur la piste ! @ASMHistoire pic.twitter.com/DSw8FOmfPO


















































































