
Azərbaycan paracüdoçusu İlham Zəkiyev karyerasında 9-cu dəfə Avropa çempionu olub.
Sportnet.az-ın məlumatına görə, 95 kq-dan yuxarı çəki dərəcəsində J1 kateqoriyasında yer alan 45 yaşlı idmançı bu nailiyyəti Gürcüstanın paytaxtı Tbilisidə əldə edib.
Zəkiyev 1/4 finalda moldovalı Oleq Kretsulu, yarımfinalda türkiyəli Gökhan Biçeri, finalda isə daha bir moldovalı İon Basoku ipponla üstələyərək qızıl medal qazanıb.
Qeyd edək ki, İlham Zəkiyev indiyədək ikiqat paralimpiya, ikiqat dünya çempionu və Bakı-2015 I Avropa Oyunlarının qalibi olub.