
Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş yekunlaşıb.
Sportnet.az xəbər verir ki, mübarizəni birinci sırada "Maklaren" sürücüsü Lando Norris başa vurub.
"Red Bull"dan Maks Ferstappen ikinci,"Maklaren"dən Oskar Piastri üçüncü olub.
Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq Norris və "Ferrari"dən Lyuis Hemilton ilk sırada qərarlaşıblar.
Saat 16:00-da sıralama turu keçiriləcək.
Qeyd edək ki, Qran Prinin əsas yarış sentyabrın 21-də keçiriləcək.