
Braziliya "Santos"unun futbolçusu Neymar zədə üzündən bir ayadək matçlarda iştirak etməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalist Lukas Musetti X sosial şəbəkə səhifəsində bildirib.
O, Neymarın zədəsinin nə ciddi, nə də yüngül qiymətləndirildiyini yazıb. Mənbə klubun daha ətraflı məlumat əldə etməsindən ötrü yaxın vaxtlarda "sambaçı"nın əlavə müayinədən keçəcəyini vurğulayıb.
Daha əvvəl mediada Neymarın kadritsepsini zədələdiyinə, klubunun isə futbolçunun durumuna pessimist yanaşdığına dair xəbərlər yayılıb.
Qeyd edək ki, Neymar 2025-ci ildə iki dəfə dizaltı vətərindən xəsarət alıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonlarınadəkdir. Transfermarkt futbolçuya 11 milyon avro qiymət qoyub.