Tanınmış portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş özünü yeni idman növündə sınayacaq. Sportnet.az-ın məlumatına görə, 38 yaşlı məşqşi motoyarışda çıxış edəcək. O, 427 nömrədə sifariş olunub.
Villaş-Boaş bu idman növünə sevgisi ilə tanınır. O, yarışda Luiş Pina Kabral Boaş adı ilə çıxış edəcək. Baş məşqçinin tam adı Luiş Andre de Pina Kabral Villaş-Boaşdır. Motosikletçilərin yürüşü oktyabrın 27-dən 29-dək Portaleqri keçiriləcək.
Qeyd edək ki, Villaş-Boaşın məşqçilikdə ən böyük uğuru 2011-ci ildə "Portu" ilə Avropa Liqasının qalibi olmasıdır. O, bu ilin mayından "Zenit"in baş məşqçi postundan gedəndən sonra işsizdir.