
"İnter" əsas futbolçularından olan Rauf Əliyevi itirib. Sportnet.az-ın məlumatına görə, "bankirlər"in aparıcı hücumçusu Premyer Liqanın "Sumqayıt"la hazırda keçirilən matçın 20-ci dəqiqəsində əvəzlənməyli olub. Buna səbəb Raufun arxa əzələsini dartması olub.
Yerdə alan Əliyevin köməyinə həkimlər gəlsələr də, millimizin üzvü oynaya bilməyəcəyini diqqətlərinə çatdırıb. Raufun yerinə digər hücumçu Pərdis Fərcad-Azad daxil olub.
Xatırdalaq ki, Əliyev ötən mövsüm ağır zədə üzündən "İnter"ə uzun müddət kömək edə bilməyib.