
Zaqatalanın "Simurq" klubunda daha bir yeni təyinat reallaşıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Kamran İsmayılov Zaqatala təmsilçisinin baş meneceri vəzifəsində çalışacaq.
Qeyd edək ki, İsmayılov daha əvvəl "Şəmkir"də, "İnter"də, "Bakı"da və Azərbaycan millisində menecer vəzifəsində çalışıb.