"Ramil Şeydayevin Slovakiyadakı çıxışını izləmirəm. Amma ölkəmdə oynadığını bilirəm”. Bu sözləri Sportnet.az-a açıqlamasında Petar Çrappan deyib.
Bakı "İnter”inin sabiq futbolçusu Ramil Şeydayevin "Jilina”dakı çıxışı barədə danışıb. "Saarbrükken” forması geyinən slovakiyalı futbolçu Şeydayevin "Jilina”ya xeyir verə biləcəyini söyləyib: "Jilina” Slovakiyanın güclü klublarındandı. İndinin özündə də Slovakiyanı Avropada layiqincə təmsil edirlər. Ramil "Jilina”ya əsas heyətə düşərsə, avrokuboklarda da komandanın aparıcı üzvü ola bilər”.