1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"dan maraqlı statistika
Mövsümün ilk yarısı "Sumqayıt" klubu üçün maraqlı statistika ilə əlamətdar olub.
Sportnet.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komanda qış fasiləsinədək 17 oyun keçirib.
Bunlardan 14-ü Topaz Premyer Liqasına, 3-ü isə Azərbaycan Kubokuna təsadüf edib. Premyer Liqadakı qolların nisbəti isə bərabər olub. "Sumqayıt" Premyer Liqada, keçirdiyi ümumi oyun sayı qədər - 17 qol vurub və eyni sayda top buraxıb. Çempionatda qələbə və məğlubiyyət sayı da bərabər (6) olub. Cəmi 2 heç-heçəsi olan "gənclik şəhəri" təmsilçisi 20 xal toplayıb.
Azərbaycan Kubokunda isə "Sumqayıt" hər mərhələdə 3 qol vurub. Bir oyundan ibarət 1/8 final mərhələsində "Səbail"i 3:0 hesabı ilə yenən komanda 1/4 finalda "Qarabağ"a iki oyunun yekununda qalib gəlib - 1:2, 2:0.
Qeyd edək ki, "Sumqayıt" qış fasiləsinə Topaz Premyer Liqasında 4-cü pillənin sahibi və Azərbaycan Kubokunda yarımfinalçı kimi çıxıb.