"Qarabağ" komandasının Ukraynada "Vorskla" ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra Bakıya dönüşü təxirə salınıb.
Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu bu gün saat 12:00-da gerçəkləşəcək. Səbəb kimi hava şəraitinin uçuş üçün əlverişsiz olması göstərilib.
Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.







































































