1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qadın güləşçilər Polşadan üstün oldu
Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşi üzrə keçirilən Dünya Kuboku yarışlarında Azərbaycan yığması növbəti görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, qadın pəhləvanlardan ibarət yığma komanda bu dəfə Polşa güləşçiləri ilə qüvvəsini sınayıb.
8 çəki dərəcəsində gedən mübarizədə ilk olaraq döşək üzərinə Mariya Stadnik çıxıb. Azərbaycanlı idmançı Anna Lukasiak ilə güləşdə rəqibini məğlub etməyi bacarıb - 0:8. Yuliya Ratkeviçdə polşalı rəqibini təmiz qələbə (3:10) ilə məğlub edib. Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:
48 kq - Anna Lukasiak - Mariya Stadnik 0:8 (təmiz qələbə)
53 kq - Roksana Zasina - Anjela Doroqan 5:1
55 kq - Katarina Kravçik - Nataliya Sinişin 0:7
58 kq - Aleksandra Volçzinska - İrina Netreba 3:7
60 kq - Silvia Krol - Yuliya Ratkeviç 3:10 (təmiz qələbə)
63 kq - Monika Mixalik - Raqnetta Qurbanzadə 7:0
69 kq - Aqnieszka Vieszçek Kordus- Nadya Muşka 4:6
75 kq - Daria Urszula Osoçka - Gözəl Zutova 2:4
Azərbaycanlı qadın güləşçilər ilk görüşdə ABŞ-a məğlub olub. A qrupunda digər cütlükdə isə Yaponiya ABŞ üzərində qələbə qazanıb - 5:3.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparır. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayır.