Azərbaycan Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalı qazanıb.
Sportnet.az xəbər verir ki, paraatletimiz Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İkiqat Paralimpiya çempionu adına yiyələnən idmançımız həmçinin yeni dünya rekorduna imza atıb.
Qeyd edək ki, daha əvvəl Fransanın paytaxtında parataekvondoçumuz İmaməddin Xəlilov (K44, 70 kq) və Səid Nəcəfzadə (T13, uzunluğa tullanma) himnimizi səsləndirib.