Dənizkənarı Milli Parkda “Qələbə qaçışı”nın qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, uzun məsafəyə qaçış üzrə atlet Elmar Abışov finişə birinci çatıb.
Marafonda Gənclər və İdman Naziri Fərid Qayıbov, nazirliyin əməkdaşları ilə yanaşı, müxtəlif idman təşkilatlarının, nazirliklərin üzvləri, ictimaiyyətin tanınmış simaları da iştirak ediblər.
Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyni nöqtə - "Yeddi gözəl" fəvvarəsi olub.