
Yaponiyalı Sorato Simidzu 100 metr məsafəyə qaçışda gənclər arasında dünya rekordu müəyyənləşdirib.
Sportnet.az xəbər verir ki, 16 yaşlı idmançı Xirosimada keçirilən məktəblilərarası yarışda məsafəni 10.00 saniyəyə qət edib.
Bu, 18 yaşadək idmançılar arasında ən yaxşı göstəricidir.
Əvvəlki rekord iki idmançıya - amerikalı Kristian Millerə və tailandlı Puripol Bunsona məxsus idi. Onların hər ikisi 100 metr məsafəni 10.06 saniyəyə qaçıb.
100 metr məsafəfə böyüklərin dünya rekordu yamaykalı Useyn Bolta məxsusdur - 9,58 saniyə.