1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha bir ağırlıqqaldırana dopinq cəzası
Beynəlxalq Olimpiya Komitəsi (İOC) rusiyalı ağırlıqqaldıran Apti Əhədovun 2012-ci il London Yay Olimpiya Oyunlarındakı nəticələrini ləğv edib.
Sportnet.az-ın İOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Əhədovun dopinqdən istifadə etməsi səbəb olub.
2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak etmiş atletin dopinq-testinin yenidən yoxlanılması nəticəsində ondan turinabol və drostonalon tapılıb. Nəticədə Əhədovun "London-2012"də 85 kq çəki dərəcəsində əldə etdiyi gümüş medal iranlı Kiyanuş Rostamiyə verilib. Bürünc medalı isə misirli Tarek Yexiya əldə edib.
Qeyd edək ki, həmin çəkidə olimpiya çempionu adını polşalı Adrian Edvard Zelinski tutub, Azərbaycanın isə heç bir təmsilçisi olmayıb.