1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fazil Məmmədovun şirkəti iki yarışa sponsorluqdan imtina etdi
2.1 kateqoriyalı ənənəvi "Tour dAzerbaidjan" veloyürüşü ləğv olunub.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, səbəb yarışın baş sponsoru "Synergy Group"un ənənəvi turnirə bu il vəsait ayırmaqdan imtinasıdır. Keçmiş vergilər naziri Fazil Məmmədova məxsus şirkət yarışı keçirməyə vəsaitinin olmadığını bildirib. Eyni səbəbdən, mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən şahmat üzrə "ShamkirChess" superturnirinin də baş sponsoru "Synergy Group" olmayacaq. Lakin veloturdan fərqli olaraq, şahmat yarışı fərqli sponsorlar hesabına bu il də təşkil olunacaq.
F.Məmmədov vergilər naziri vəzifəsindən azad olunduqdan sonra prezidenti olduğu Azərbaycan Güləş Federasiyasına diqqəti azaldıb. Bunun nəticəsidir ki, federasiya əməkdaşları bu il maaş ala bilməyiblər. Yalnız yığma üzvlərinə əmək haqqı ödənilib. Lakin bu, əvvəllər verilən məbləğdən aşağı olub.
Qeyd edək ki, "Tour dAzerbaidjan" bu il 9 - 13 mayda keçirilməli idi. Üstəlik, ilk dəfə 1.1 kateqoriyalı Bakı - Xızı veloturunun təşkili nəzərdə tutulmuş və yarış Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına salınmışdı.