1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Formula 1-ə dəstək yarışları
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula-1 yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə rayon birincilikləri davam edir. Azərbaycan Velosiped İdmanı Federasiyasından Sportnet.az-a verilən məlumata görə, əsas məqsəd mayın 25-nə planlaşdırılan final mərhələsinə vəsiqə qazanacaq komandaları müəyyənləşdirməkdir.
Mayın 19-da Veloparkda daha 2 rayonun - Səbail və Qaradağ rayonlarının orta məktəbləri arasında ən güclülər müəyyənləşib. Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət olan komandalar estafet sistemi üzrə 800 metr məsafəyə mübarizə aparıblar. Səbail rayonunun məktəbləri arasında birinci yerə 132/134 saylı birləşmiş məktəbin komandası layiq görülüb. 239 və 236 saylı məktəblər isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Qaradağ rayonunun məktəbliləri arasında ən yüksək nəticəyə 233 saylı məktəbin komandası imza atıb. 253 saylı məktəb 2-ci, 288 saylı məktəb isə 3-cü olub. İlk 3 yeri tutan kollektivlər diplom və kubokla mükafatlandırılmaqla yanaşı, mayın 25-də keçiriləcək final mərhələsinə də vəsiqə qazanıblar.